İnstitutun rəhbəri konfransda iştirak edib

18 noyabr 2022-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutunun (“İnstitut”) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” adlı konfransda iştirak etmişdir.
M.Quluzadə konfransda çıxış edərək İnstitut haqqında ətraflı məlumat vermiş, şəffaflığın və informasiya açıqlığının təmin edilməsi məqsədilə İnstitutun saytında və facebook səhifəsində mütəmadi olaraq İnstitutun fəaliyyətinə dair məlumatların paylaşıldığını, ictimai təşkilatlarla elan əsasında onlayn görüşlərin keçirildiyini və İnstitutun istənilən tərəfdaşlar üçün əməkdaşlığa açıq olduğunu qeyd etmişdir.
İnformasiya təşəbbüslərinə dəstək İctimai Birliyi tərəfindən təşkil edilən konfransda müxtəlif dövlət qurumlarının, ictimai şuraların, ictimai birliklərin təmsilçiləri və KİV nümayəndələri iştirak etmişlər.


Dərc olunub : 19-11-2022

Oxunma sayı : 16