Mərkəz və İnstitut rəhbərləri Vəkillər Kollegiyasının tədbirində iştirak ediblər

28 oktyabr 2022-ci il tarixdə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Hüquq və İnsan Haqları İnstitutunun rəhbərləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkil etdiyi tədbirdə iştirak ediblər.
Tədbirdə Beynəlxalq Kommersiya Arbitraj Şurasının 1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Azərbaycan dilində təlimat - “Hakimlər üçün Bələdçi Kitabı” təqdim edilmişdir.
Tədbirdə Vəkillər Kollegiyasının üzvləri, Milli Məclisin deputatı, Ədliyyə Nazirliyinin və müxtəlif dövlət qurumlarının əməkdaşları, xarici ekspertlər, eləcə də hüquqşünaslar və mətbuat nümayəndələri iştirak etmişlər.
Kitabın elektron versiyası ilə bu linkə daxil olmaqla tanış ola bilərsiniz:
https://https://www.arbitration-icca.org/iccas-guide-interpretation-1958-new-york-convention


Dərc olunub : 28-10-2022

Oxunma sayı : 46