İnstitutun beynəlxalq əlaqələri genişlənir .Q.V. Plexanov adına RİU Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutu ilə müqavilə

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Q.V. Plexanov adına RİU Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutu arasında cari il üzrə əməkdaşlıq müqaviləsi bağlanılmışdır.

Hüquq və İnsan Haqları İnstitunun direktoru, hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən xanım Mustafazadə və Q.V. Plexanov adına RİU Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru hüquq üzrə elmlər doktoru, professor Rəşad Qurbanov birgə razılıq əsasında qərara gəldilər ki, hüquqi və digər informasiya mübadiləsi, tədris proqramlarının, qanunvericilik təşəbbüslərin xarici ekspertizası, qanunvericiliyin tətbiqi təcrübəsinin və məzmun məsələləri üzrə tərəflərin məsləhətləşmələr keçirilməsi; birgə elmi tədqiqatların aparılması; milli elmi jurnallarda (tərəflərin dövri nəşrləri daxil olmaqla) məqalələrin və birgə tədqiqatların nəticələrinin dərc edilməsi; Azərbaycanda, eləcə də digər ölkələrdə birgə elmi əsərlərin nəşr edilməsi; qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi konfransların, simpoziumların və məsləhət fəaliyyətinin təşkili üzrə əməkdaşlıq həyata keçirsinlər.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 2