İnstitutun Beynəlxalq əlaqələri genişlənir.Ukrayna Ali Radasının qanunvericilik İnstitutu ilə müqavilə

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Ukrayna Ali Radasının Qanunvericilik İnstitutu arasında cari il üzrə əməkdaşlıq müqaviləsi bağlanılmışdır.

Hüquq və İnsan Haqları İnstitunun direktoru, hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputati Aytən xanım Mustafazadə və Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunun direktoru akademik Aleksandr Kopılenko birgə razılıq əsasında qərara gəldilər ki, hüquqi və digər informasiya mübadiləsi, tədris proqramlarının, qanunvericilik təşəbbüslərin xarici ekspertizası, qanunvericiliyin tətbiqi təcrübəsinin və məzmun məsələləri üzrə tərəflərin məsləhətləşmələr keçirilməsi; birgə elmi tədqiqatların aparılması; milli elmi jurnallarda (tərəflərin dövri nəşrləri daxil olmaqla) məqalələrin və birgə tədqiqatların nəticələrinin dərc edilməsi; Azərbaycanda, eləcə də digər ölkələrdə birgə elmi əsərlərin nəşr edilməsi; qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi konfransların, simpoziumların və məsləhət fəaliyyətinin təşkili üzrə əməkdaşlıq həyata keçirsinlər.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 1