İnstitutun əməkdaşlarına kargüzarlığın təşkili ilə bağlı təlim keçirilib

7 fevral tarixində Hüquq və İnsan Haqları İnstitutunun kadrlar üzrə mütəxəssisi İsaməddin Xamoyev İnstitutun əməkdaşlarına “İnstitutun struktur bölmələrində sənədlərin hazırlanması və tərtibatı üzrə Təlimat” mövzusunda təlim keçmişdir.
Təlimçi mərkəzləşdirilmiş kargüzarlıq sistemində sənədlərin dövriyyəsi, qeydə alınması, uçotunun təşkili və təşkilatın struktur bölmələrinə paylanması kimi vacib mövzuları işçilərə ümumi tələblər səviyyəsində izah etmişdir.
Təlimin sonunda iştirakçılar onları maraqlandıran suallar ətrafında maraqlı fikir mübadiləsi aparmışlar.




Dərc olunub : 2023-02-07 16:25:00
Oxunma sayı : 53