İnstitutda Mülkü Müdafiə məşqi keçirildi

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Mülkü Müdafiə Qərərgahının rəisi institutun Rəhbər heyətinə “ Fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda müdafiə məşqi keçmişdir.
Bu məşqin keçirilməsində əsas məqsəd Rəhbər heyət tərəfindən MM planının öyrənilməsi və dəqiqləşdirilməsi , fövqaladə hallarda davamlı idarəetmənin təkmilləşdirilməsi və mülkü müdafiə tədbirlərini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə rəhbər, komandir-rəis heyətinin bacarığının artırılmasından ibarətdir.


Dərc olunub : 18-06-2019

Oxunma sayı : 17