İnstitut əməkdaşlarına tədbirlərdə uğurlu və emosional fotoların çəkilməsi üsulları ilə bağlı təlim keçirilib

2 mart tarixində Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev İnstitut əməkdaşları üçün “Uğurlu və emosional fotoşəkillərin İnstitutun fəaliyyətinin geniş ictimaiyyət qarşısında təşviq edilməsində rolu” mövzusunda təlim keçmişdir.
Təlimçi İnstitutun tədbirlərində daha uğurlu və ruhlandırıcı, pozitiv emosiyalar tərənnüm edən və müsbət fikirlər aşılayan fotoların çəkilməsinin vacibliyini, həmçinin mobil telefonlarla uğurlu fotoşəkillər əldə etməyin yollarını izah edən təqdimat etmişdir.
Təlimin yekununda iştirakçıların sualları ətrafında maraqlı və geniş müzakirələr aparılmış, təqdimatın ən uğurlu fotosu seçilmişdir.

 

 

 




Dərc olunub : 2023-03-02 11:37:00
Oxunma sayı : 90