İnstitutda “Rəqəmsal dövrdə kommunikasiya” mövzusunda təlim keçirilib

30 mart tarixində Hüquq və İnsan Haqları İnstitutunda BMT-nin Qlobal Kommunikasiyalar  Departamentinin Azərbaycanda ölkə üzrə nümayəndəsi  Rəşad Hüseynov  “Rəqəmsal dövrdə kommunikasiya” mövzusunda institutun müvafiq şöbələrinin əməkdaşları üçün təlim keçib.
Təlimdə sosial mediada informasiya kütləsinin  və mənbələrin düzgün araşdırılması, infodemiya və infodemiyaya qarşı effektiv kommunikasiya, sosial mediada monitorinq və qiymətləndirmə, kommunikasiya strategiyası, həmçinin mediada senzuranın vəziyyəti  barədə geniş məlumat verilib.
Təlimin yekun hissəsində institut əməkdaşlarının sualları təlimçi tərəfindən cavablandırılıb və geniş müzakirələr aparılıb. Eyni zamanda əməkdaşlar üçün kommunikasiya strategiyası layihəsinin hazırlanmasına dair  praktik məşğələ keçirilib.




Dərc olunub : 2023-03-30 12:05:00
Oxunma sayı : 99