Hüquq və İnsan Haqları İnstitutu On Think Tanks bazasına daxil edilmişdir

Hüquq və İnsan Haqları İnstitutu 15 noyabr 2022-ci il tarixdən etibarən “beyin mərkəzlərinin” qlobal bazası olan On Think Tanks (OTT) platformasına daxil edilmişdir.
(link: https://onthinktanks.org/think-tank/huquq-və-insan-haqlari-institutu/)
OTT platforması 2010-cu ildən fəaliyyət göstərir və özündə müxtəlif ölkələrin “beyin mərkəzləri” haqqında məlumatı əks etdirir. Hal-hazırda 160 ölkənin istifadəçiləri OTT platformasından faydalanmaqdadır.
OTT məlumat bazası olmaqla yanaşı, beyin mərkəzləri üçün müxtəlif imkanlar da təklif edir (vebinarlar, təqaüd proqramları, məqalələr və s.).
Artıq Hüquq və İnsan Haqları İnstitutu OTT platformasında “Hüquq, insan haqları, ədliyyə və təhsil sahəsində ixtisaslaşan beyin mərkəzi” kimi qeyd edilir.




Dərc olunub : 2022-11-15 10:45:00
Oxunma sayı : 23