İslam İnkişaf Bankı 2020-2021-ci illər üzrə Təqaüd Proqramı elan edir

İslam İnkişaf Bankı tərəfindən (İİB) 2020-2021-ci illər üzrə Təqaüd Proqramı elan edilmişdir. Proqram çərçivəsində Azərbaycanda ən qabaqcıl universitetlərin birində bakalavr, magistr və doktorantura təhsilinin alınması, doktorantura təhsilindən sonra tədqiqat işinin aparılması, eyni zamanda peşə təhsilinin alınması və təlimlərin keçirilməsi üçün İİB-na birbaşa müraciət edilə bilər. İİB tərəfindən prioritet sayılan təhsil sahələri yerli universitetlərdə olmadığı təqdirdə, tələbələr İİB-nin üzv ölkələri və universitetlərində təhsil ala bilərlər.
Sözügedən proqram haqqında ətraflı məlumatı İİB-in rəsmi saytından (www.isdb.org) əldə etmək olar. Maraqlı olan şəxslər 28.02.2020-ci il tarixinədək İİB-in rəsmi saytında qeydiyyatdan keçməklə öz ərizə formalarını dolduraraq elektron qaydada təqdim etməlidir.


Dərc olunub : 21-02-2020

Oxunma sayı : 14