İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqları beynəlxalq humanitar hüquq rakursunda araşdırılıb

EA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçi Esmira Orucovanın “Hüquqi müstəvi” elmi-nəzəri, təcrübi jurnalın 2021-ci ilin 2(6)-ci sayında (s. 135-143) “İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqlarının beynəlxalq humanitar hüquq rakursunda araşdırılması” adlı məqaləsi dərc olunub.
Məqalədə 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi ərzində işğalçı və separatçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qəbul olunmuş beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı törədilmiş hərbi cinayətlər qismən də olsa tədqiq edilmişdir. Məqalədə, həmçinin 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinə kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın bir neçə bölgəsində qadağan olunmuş silahlardan istifadə etməklə mülki əhaliyə qarşı törətdikləri hərbi cinayətlərdən, erməni tərəfinin 3 dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozmasından bəhs olunur.


Dərc olunub : 02-06-2021

Oxunma sayı : 8