Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib

Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub.
Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu İnternet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənədlər fevralın 20-dək qəbul ediləcək.
Müraciət edən namizədlər üçün yaş həddi bakalavriat səviyyəsi üzrə 21, magistratura səviyyəsi üzrə 30, doktorantura səviyyəsi üzrə isə 35-dən aşağı olmalıdır.


Dərc olunub : 22-01-2020

Oxunma sayı : 12