BMT azlıqların hüquqlarına dair yeni Bələdçi dərc edib

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Bərabər Hüquqlar Trastı (Equal Rights Trust) beynəlxalq təşkilatının birgə səyləri nəticəsində “Azlıqların hüquqlarının müdafiəsi. Ayrı-seçkiliyə aid qanunvericiliyin yaradılması üzrə praktiki Bələdçi” adlı vəsait çap edilmişdir.
Praktiki vəsaitin nəşr olunmasında məqsəd bərabərlik hüquqlarına və ayrı-seçkiliyə yol verilməməsi standartlarına hörmət etmək, onları qorumaq və yerinə yetirmək üçün əsas beynəlxalq hüquq öhdəliklərinə riayət olunması istiqamətində dövlətlərə yardımçı olmaqdır.
Bu praktiki vəsait ayrı-seçkiliyə aid tərtib oluna biləcək qanunun geniş məzmununu və əsas müddəalarını təfərrüatlı şəkildə müəyyən etməkdə köməklik göstərir. Kitab bərabərlik hüquqları ilə bağlı mövcud beynəlxalq hüquqi standartlara əsaslanan ayrı-seçkiliyə aid qanunvericilik sənədlərinin hazırlanması üçün qanunvericilərə və vəkillərə müxtəlif alətlər və vasitələr təqdim edir.
Vəsaitin ingilis dilində versiyasını bu linkdən əldə etmək olar: Bələdçi




Dərc olunub : 2023-02-14 14:32:00
Oxunma sayı : 42