Vəfaddin İbayev: Azərbaycan ədalət mühaki̇məsi̇ İnsan Hüquqları üzrə Avropa Məhkəməsi̇ni̇n 20 i̇lli̇k baxış bucağında
Kitabda Azərbaycan ədalət mühakiməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) yurisdiksiyası altında olduğu 20 il müddətində “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi əsasında Azərbaycana qarşı qəbul edilmiş 66 qərarı təhlil edilərək, aşkar edilmiş pozuntular ümumiləşdirilməklə müxtəlif bölmələr üzrə sistemləşdirilmiş, azadlıq və təhlükəsizlik hüququ ilə bağlı aşkar edilmiş pozuntular şərh edilmişdir.
İHAM-ın qərarlarının qəbulundan sonra milli səviyyədə görülmüş ümumi xarakterli tədbirlərin - qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təminində əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər barədə müəllifin fikirləri də nəşrdə öz əksini tapmışdır.
Kitab təcrübədə azadlıq hüququnun pozulmasının qarşısının alınmasında hakimlər, müstəntiqlər, vəkillər, polis əməkdaşları, İHAM-ın təcrübəsinin öyrənilməsi baxımından hüquqşünas ixtisası üzrə təhsil alan tələbələr üçün faydalı ola bilər.
Dərc olunub : 15-12-2023
Oxunma sayı : 8