Vakansiya ELANI!! “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs tərəfindən işə qəbul üçün müsabiqə elan edilir

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Struktur bölmə: İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi
Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
– hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;
– Azərbaycan Respublikasında hüquqi şüurun formalaşdırılmasında iştirak etmək;
– insan hüquqlarının beynəlxalq müdafiəsi mexanizmlərinin fəaliyyət təcrübəsini öyrənmək və təşviq etmək;
– dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirmək;
– hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün insan hüquqlarının problem məsələləri ilə bağlı təlimlər təşkil etmək və keçirmək;
– hüquqşünas məzunların stajorluq əsasında təcrübi vərdişlər mənimsəməsinə yardım etmək;
– qanun layihələrinin insan haqları prizmasından ekspertizalarının keçirilməsində və rəylərin hazırlanmasında iştirak etmək.
 
Vəzifə:  Təlimçi – ekspert
Vəzifə maaşı: 1900 manat
Vəzifə öhdəlikləri:
– hüquq, o cümlədən insan hüquqları sahəsində təlim modulları hazırlamaq;
– dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi üçün müvafiq sahələrdə təlimlər keçmək;
– hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün müvafiq sahədə təlimlər  keçmək;
– müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə müvafiq sahədə distant təlimlər keçmək;
– dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək;
– təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək; 
– dinləyicilərin təlim materialları (dərs vəsaitləri, kurs materialları, metodiki göstərişlər, mühazirələr, praktikumlar) ilə təmin edilməsində iştirak etmək;
– hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmək, bu məqsədlə materiallar hazırlamaq;
– qanun layihələrinin insan haqları prizmasından ekspertizalarının keçirilməsində  və rəylərin hazırlanmasında iştirak etmək;
– beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının müvafiq hüquq və qanunvericilik sahələri üzrə, xüsusən də Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq arayışlar hazırlamaq;
– müvafiq hüquq sahələri üzrə hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların tənzimləyici təsirinin qiymətləndirilməsinə dəstək vermək;
– şöbəyə daxil olan müraciətlərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq.
 
Namizədə olan tələblər:
– Hüquqşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 5 ildən az olmayan əmək stajı və 2 ildən az olmayaraq müvafiq sahədə təlim keçmə.
 
Dil bilikləri:
– Azərbaycan dili (ingilis dili B2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır).
Kompüter biliklərinə dair tələblər:
– MS Office Proqramlarından istifadə - orta səviyyə;
– təqdimat hazırlama bacarığı (MS PowerPoint) - orta səviyyə;
– internetdən istifadə - orta səviyyə.
 
Şəxsi xüsusiyyətlər:
– hüquq sahəsində təlim keçmə bacarığı;
– məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
– yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.
 
Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 22 yanvar 2024-cü il (saat 15:00-dək) tarixinədək info@lhri.az email-nə göndərilməlidir.
 



Dərc olunub : 2024-01-10 11:37:00
Oxunma sayı : 601