İnstitutda Mülkü Müdafiə xəbərdarlıq və toplanış məşqi keçirilib

22 may 2018-ci ildə AMEA Hüquq və İnsan Haqları İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi xəbərdarlıq və toplanış məşqi keçirib.

Ehtimal olunan fövqaladə hallar zamanı xəbərdarlıq -“Toplanış” siqnalını aldıqda MM planında müəyyən edilmiş yerə hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin toplanılması mövzusundakı toplanış məşqinin əsas məqsədi fövqaladə hallar zamanı şəxsi heyətin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və onları hazır vəziyyətə gətirməkdən ibarət olub.

Toplanış məşqində MM Qərərgahının rəisi və institutun hərbiləşdirilməmiş mülkü müdafiə qüvvələrinin əməkdaşları iştirak etmişdir.


Dərc olunub : 22-05-2018

Oxunma sayı : 14