“Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda dəyirmi masa keçiriləcəkdir

09 fevral 2016-cı il tarixində, saat 13:00-da AMEA İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin birgə əməkdaşlığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasının “Smart Room” zalında “Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda Dəyirmi Masa keçiriləcəkdir.

Tədbirdə Rusiya Federasiyası ali təhsil müəssisələri və Təhsil və Elm Nazirliyindən qonaqlar, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, fiziki imkanları məhdud insanlarla iş sahəsində böyük təcrübəyə malik QHT nümayəndələri və elmi işçilər iştirak edəcəklər.

 

Ünvan: H.Cavid 115,

AMEA Mərkəzi Elmi Kitabxanası

“Smart Room” zalı, 3-cü mərtəbə




Dərc olunub : 2016-02-05 15:51:00
Oxunma sayı : 0