Zəfər paradı Qələbəmizin rəmzidir

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın "Zəfər paradı Qələbəmizin rəmzidir" başlıqlı elmi-publisistik məqaləsi sonxeber.az saytında yayımlanıb.
Məqalədə qeyd olunub ki, 10 dekabr 2020-ci ildə Bakıda, Azadlıq Meydanında keçirilən Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın məğlubiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.
Professorun sözlərinə görə, biz Vətən müharibəsinin gedişində Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin, daha da sarsılmaz olduğunun şahidi olduq. Təsadüfi deyil ki, Zəfər paradında diqqəti çəkən əsas məqamlardan biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu.
Adıçəkilən məqalənin tam mətnini linkə daxil olaraq oxuya bilərsiniz.




Dərc olunub : 2021-12-10 16:25:00
Oxunma sayı : 17