h.ü.e.d., professor Cavanşir İslam oğlu Süleymanov

Cavanşir İslam oğlu Süleymanov 1950-ci il oktyabrın 28-də Tbilisi şəhərində anadan olub. 1957-1967-ci illərdə Tbilisi şəhərində orta məktəbdə, 1968-1974-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1974-2005-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1987-ci ildə SSRİ DİN-in Akademiyasında Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası ixtisası üzrə namizədlik, 1997-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə edib. Ukraynanın Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru diplomu ilə təltif olunub. 1989-cu ildən bugünə kimi bir sıra beynəlxalq təşkilatların üzvüdür. Kriminalistikanın inkişafındakı xidmətlərinə görə akademik Y.Məmmədəliyev adına mükafata layiq görülüb.

1997-2004-cü illərdə “Təfəkkür” və “Azərbaycan” universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub. 2005-2011-ci illərdə Bakı Dövlət Universitetinin magistr dissertasiyalarının müdafiəsi üzrə Dövlət Komissiyasının sədri olub. 2003-2004-cü illərdə BDU-nun namizədlik dissertasiyalarının müdafiəsi üzrə Elmi Şurasının, 2004-2006-cı illərdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. 2005-ci ildən bugünə kimi AMEA-da Elmi tədqiqatların təşkili və əlaqələndirilməsi üzrə Şuranın üzvüdür. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2003-cü ildən “Hüquqi elmlər və təhsil” jurnalının baş redaktoru, Sankt-Peterburq Kriminalistika klubunun “Kriminalistika: dünən, bu gün, sabah” jurnalının Redaksiya Heyətinin üzvüdür. 100-dən artıq elmi işin, o cümlədən ali təhsil müəssisələri üçün “Kriminalistika” dərsliyinin və dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir. 

 

Ekspertiza sahəsi:

 

Cinayət prosesi;

• Cinayət hüququ;

Kriminalistika;

Əməliyyat-axtarış fəaliyyəti;

Məhkəmə ekspertiza;

Kriminologiya;

Hüquqi psixologiya;

• Cəza-icra hüququ.