Yusif Mirzəzadə

Hərbi qulluqçular yaşa görə əmək pensiyası hüququnu “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən əldə edirlər. 01.07.2017-ci il tarixli dəyişikliklə (20.14.1-ci maddə) 20 il xidmətə çatmamış şəxslər üçün hər xidmət ilinə görə əlavə 3%-dən 2%-ə endirilmiş, natamam illər isə ayların sayına mütənasib hesablanmışdır. Bu dəyişiklik pensiya məbləğinin azalmasına səbəb olmuş və hətta natamam xidmət aylarının da əhəmiyyətini artırmışdır. Nazirlər Kabinetinin 28.04.2022-ci il tarixli 175 saylı Qərarına əsasən: • 2006-cı ilədək olan dövr üzrə əyani təhsil müddəti müvafiq arayışla sosial sığorta stajına daxil edilə bilər; • Pensiya düzgün hesablanmadıqda yenidən hesablanmalıdır (6.1.4-cü maddə). Mübahisə xidmətdən əvvəl natamam ali və ya orta ixtisas təhsili dövrünün staja daxil edilib-edilməməsi ilə bağlıdır. İnzibati orqanlar diplom və təhsilin başa çatması tələbini irəli sürərək həmin müddəti nəzərə almamışdır. Normadakı qeyri-müəyyənlik aşağıdakı hissədə yaranmışdır: 23.11.1992-ci il tarixli 631 saylı Qərarın 14-cü bəndində mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirilən “təlim (təhsil) müddətinin” 5 ilədək yarısının xidmətə daxil edilməsi nəzərdə tutulur. Lakin: • Maddədə “təhsili bitirmək” və ya “diplom almaq” şərti göstərilməmişdir; • “Təlim” anlayışının məzmunu konkretləşdirilməmişdir; • Təhsil müddətinin tam və ya natamam olması ilə bağlı məhdudiyyət qoyulmamışdır.


Dərc olunub : 27-02-2026

Rəylər



Rəy bildir