Gunay Abasova
Təcrübədə iş yerlərində işçilər alimentin ödənilməsinə və əmək haqqından digər tutulmalara dair mediasiya barışıq sazişini təqdim etdikləri zaman, mühasibatlıq AR Ailə Məcəlləsinin 102-ci maddəsini və AR Əmək Məcəlləsinin 175-ci maddəsini rəhbər tutaraq, onlardan alimentin tutulması haqqında məhkəmə qətnaməsini və yaxud ərizə ilə birlikdə notarial qaydada təsdiq olunmuş alimentin ödənilməsi haqqında sazişi tələb edir. Maddənin aşağıdakı redaksiyada verilməsini təklif edirik:
“Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişi və yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
Dərc olunub : 06-09-2024