Anonim

Təcrübədə dəfələrlə işəgötürənlər tərəfindən heç bir hüquqi əsas olmadan (yalnız işəgötürənin şəxsi düşüncə və istəkləri səbəbindən) əmək müqaviləsi müddətsiz olan işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməklə işçinin hüquqlarını kobud şəkildə pozulduğunu müşahidə edirik. Bu halın aradan qaldırılması və işçilərin hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə ƏM-nin 78-ci məddasinə: İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına "müddətsiz əmək müqaviləsi bağlanmış şəxslər" sözlərinin əlavə edilməsi təklif olunur.

Dərc olunub : 12-09-2024