Anonim

Salam. Azərbaycanda vəkillər informasiya portallarından birbaşa məlumat əldə etmək hüququna malik olmadıqlarına görə "vəkil sorğusu" vasitəsilə müvafiq dövlət orqanlarına müraciət edir, məlumat əldə edirlər. Lakin təcrübədə dövlət orqanları "vəkil sorğularına" cavab vermir və yaxud yuxarı qurumlara şikayət ediləndən və uzun müddətdən sonra cavab verirlər. Təklif olunur ki, AR İnzibati Xətalar Məcəlləsinə "vəkil sorğusu"na vaxtında cavab verilmədiyinə görə vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması haqda müvafiq norma əlavə edilsin.

Dərc olunub : 21-10-2024