Qələndər İsbəndiyarov

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının iyirmi üçüncü abzasında “Sadə konkret cinayət həmçinin cinayət qanununda nəzərdə tutulmuş bir neçə nəticəyə səbəb olan vahid əməldən də ibarət ola bilər. Belə ki, Cinayət Məcəlləsinin 222-1.2 və 221-1.3-cü maddələri özbaşına tikinti işlərini aparma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına, həmçinin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda müvafiq məsuliyyəti nəzərdə tutur. Burada bir əməl və bir neçə nəticə mövcuddur.” ifadə edilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 221-1.3 – cü maddə mövcud deyildir və bu hal qüsurlu hal kimi hesab edilə bilər. Bu qərarın tətbiqi ilə bağlı praktik (təcrübi) işçilər, o cümlədən hüquqşunaslar arasında bununla əlaqədar yaranacaq çaşqınlığın aradan qaldırılmasını məqsədəmüvafiq hesab edirik. Doğru variant olan ... Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.2 və 222-1.3-cü maddələri .... ifadə edilməlidir.

Dərc olunub : 24-10-2024