Qələndər İsbəndiyarov
Həbs yerlərinin daxili intizam Qaydalarının (“İstintaq təcridxanalarının daxili intizam Qaydaları” (1 nömrəli əlavə), “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” (2 nömrəli əlavə)) təsdiq edilməsi barədə 26 fevral 2014-cü il tarixli 63 №-li AR Nazirlər Kabinetinin Qərarında tutulmuş və ya həbs edilmiş “Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar və yetkinlik yaşına çatmayanlar və s. şəxslər kateqoriyasının təsbit edilməsinə baxmayaraq, bu Qərar “üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər”-i həmin şəxslər kateqoriyasına daxil etməmişdir. AR NK-nın qərarında bu cür halın mövcudluğu, həmin kişilərə münasibətdə insan hüquqlarının pozulması kimi qiymətləndirilməsinə gətirib çıxarmış və həmin qüsurun Qaydaların aşağıdakı maddələrinə əlavələr etməklə aradan qaldırılması təklif edilir;
“İstintaq təcridxanalarının daxili intizam Qaydaları” (1 nömrəli əlavə) üzrə
5.15. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar və üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər rejim korpuslarında xüsusi təchiz edilmiş kameralarda yerləşdirilirlər və həmin kameralar birlaylı çarpayılarla təchiz edilir.
9.1.... Yetkinlik yaşına çatmayanlar, ağır xəstəlikdən əziyyət çəkənlər (bu barədə tibbi rəy olduqda), orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə qadınlar və ya yanında 3 yaşınadək uşağı olan qadınlar və üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər say məhdudiyyəti olmadan bağlama, sovqat və banderol almaq hüququna malikdirlər.
11.1.... Yetkinlik yaşına çatmayanlar, hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar və üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş xüsusi yemək normaları ilə təmin edilirlər.
15.2. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınların və üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin müəyyən edilmiş gündəlik gəzintisi 4 saatdan az olmamalıdır.
34.14. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər və yetkinlik yaşına çatmayan şəxslər cərimə təcridxanasında yerləşdirilə bilməzlər.
“Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” (2 nömrəli əlavə) üzrə
2.9. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlara və üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə xüsusi tibbi yardım göstərilir.
4.1.17. hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq (hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınların və üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin gündəlik gəzintisi 4, yetkinlik yaşına çatmayanların gəzintisi 3 saatdan az olmamalıdır);
7.1. Tutulmuş və ya həbs edilmiş şəxslər hər gün 2, hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar və üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər 4, yetkinlik yaşına çatmayanlar isə 3 saatdan az olmayan müddətdə gündəlik gəzintiyə çıxarılırlar.
10.2.... Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər və yetkinlik yaşına çatmayanlar daha işıqlı kameralarda yerləşdirilirlər.
10.9. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər və yetkinlik yaşına çatmayanlar müəyyən olunmuş xüsusi yemək normaları ilə təmin edilirlər.
12.1....Yetkinlik yaşına çatmayanların, ağır xəstəlikdən əziyyət çəkənlərin (bu barədə tibbi rəy olduqda), orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin, hamilə qadınların və ya yanında 3 yaşınadək uşağı olan qadınların və üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin bağlama, sovqat və banderol almalarına say məhdudiyyəti qoyulmur.
Dərc olunub : 25-10-2024