Anonim
Təcrübədə QHT-lərin qeydiyyatı alınması zamanı qeydiyyata alan orqan tərəfindən imtina səbəblərindən biri kimi QHT-nin yerləşdiyi yerə dair mülkiyyətçinin müvafiq iradə ifadəsini əks etdirən ərizənin təqdim edilməməsi göstərilir. Halbuki "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda qeydiyyat üçün tələb olunan sənədlər sırasında sözügedən ərizənin təqdim edilməli olduğu qeyd edilməmişdir. Bu problemlə qarşılaşma halının aradan qaldırılması məqsədilə adıçəkilən Qanunun 5.4.5-ci yarımbəndinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması" Qaydalarının 2.5-ci bəndində qeyd olunduğu məzmunda "hüquqi ünvanı təsdiq edən sənəd (qeyri-kommersiya qurumunun yerləşdiyi yerə dair mülkiyyətçinin müvafiq iradə ifadəsini əks etdirən sənəd, qeyri-kommersiya qurumunun yerləşdiyi yerə dair təsisçinin (təsisçilərin) qərarı, siyasi partiyalarda isə rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı)" verilməsi məqsədəmüvafiq hesab edilir.
Dərc olunub : 28-10-2024