Əliyeva Günay Səhhət qızı
Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslərin növlərindən biri kimi “Qeyri-kommersiya hüquqi şəxsləri” göstərilsə də, Məcəllənin 47.2-ci, 50.1-1-ci və 53.3-cü maddələrində həmin hüquqi şəxslər “Qeyri-hökumət təşkilatları” adlandırılaraq verilmişdir. Sadalanan maddələrə “qeyri-hökumət təşkilatları” ifadəsinin işlədildiyi cümlələrin və 50.1-1-ci maddənin Məcəlləyə sonradan əlavə edildiyini nəzərə alsaq, deyə bilərik ki, həmin əlavələri edən qanunverici Mülki Məcəllənin hüquqi şəxslərin bu növünü nəzərdə tutan normalarını “yaddan çıxarmışdır”. Başqa sözlə, Mülki Məcəllədə eyni məzmunda “qeyri-kommersiya təşkilatları” və “qeyri-hökumət təşkilatları” ifadəsinin işlədilməsi yolverilməzdir. Hüquqi müəyyənlik prinsipinə əməl edilməklə yalnız bir ifadədən - “qeyri-kommersiya təşkilatları” ifadəsindən istifadə edilməlidir.
Dərc olunub : 22-01-2025