Heydər Həsən oğlu Əliyev
Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 80.4-cü maddəsində qeyd edilir ki, “...Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.” Təklif edirik ki, maddədə nəzərdə tutulan “10 gün” müddəti “10 iş günü” sözü ilə əvəz edilsin. Çünki bayram və ya istirahət günlərinə düşən həmin müddət nəzərə alınmadığı üçün maddənin tələbi ilə bağlı qeyri-müəyyənlik yaranır.
Dərc olunub : 24-01-2025