Anonim

“Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə 2017-ci ildə bir cümlə (2-ci cümlə) əlavə olundu. 2022-ci ildə “Əmək pensiyaları haqqında” AR Qanununda dəyişiklik edilməsi barədə 13.05.2022-ci il tarixli AR Qanunu ilə həmin cümlə 45-ci maddədən çıxarıldı. Lakin Qanunun 2.2-ci maddəsinə əsasən 2017-2022-ci illər kəsiyində pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə yeni qayda (2017-ci ilə qədər olan qaydadır əsalində) tətbiq edilmir. Nəticədə 2017-ci idən 2022-ci ilə dək güzəştli şərtlərlə pensiya hüququ yaranmış şəxslərin pensiya təminatı aşağı düşdü. Sözügüdən Qanuna 2017 və 2022-ci illərdə olan dəyişikliklərin praktikada tətbiqinin sadə dildə izahı: - 2017-ci ilədək güzəştli şərtlərlə pensiya təyin olunan vətəndaşların pensiya kapitalı 144-ə bölünürdü. 2017-ci ilin iyulun 1-dən sonra 204-ə bölündü və pensiyaçıların vəziyyəti pisləşdi. - 2022-ci il 13 may tarixində Qanuna dəyişikliklər edildi və yenidən pensiya kapitalı 204-ə deyil, 144-ə bölünməyə başladı. Bundan sonra pensiyaçılarım pensiya təminatı yaxşılaşdı. - Lakin bu dəyişikliklə bağlı Qanunun 2-ci maddəsinə əsasən yeni 2022-ci ildə olunan dəyişiklik geriyə tətbiq edilmir (halbuki pensiyanın hesablanması 2017-ci ilə qədər 2022-ci ildə olunan dəyişiklik qaydasında aparılırdı). - 2017-ci ildən 2022-ci ilin 13 may tarixinədək güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərə bu qaydanın tətbiq edilməməsi hüquqa ziddir, çünki Qanunun yaxşılaşdırıcı halda birmənalı olaraq geriyə qüvvəsi vardır ( AR Konstitusiyasının 149-cü maddəsi) Təklif: 2017-ci ildən 2022-ci ilədək güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin də kapitalı 204-ə deyil, 144-ə bölünməlidir. Bunun üçün yuxarıda qeyd olunan Qanunun 2.2-ci maddəsində “tətbiq edilmir” sözləri “tətbiq edilir” sözləri ilə əvəz edilməsi təklif olunur.

Dərc olunub : 18-07-2024