Yetkinlik yaşına çatmayan şəxslərin dindirilməsi zamanı psixoloqun iştirakı Azərbaycan cinayət-prosessual qanunvericiliyində hələ tam tənzimlənməyib. Hal-hazırda yalnız cinsi istismar və zorakılıq qurbanı olan uşaqların dindirilməsi zamanı psixoloqların iştirakı tələb olunur (CM 231-ci maddə). Digər hallarda, məsələn, şübhəli şəxs və ya şahid qismində dindirilmə zamanı (CM 232 və 228.2-ci maddələr) bu məsələ ilə bağlı konkret tələb irəli sürülməməkdədir. Halbuki, azyaşlıların emosional həssaslığı və hüquqi prosesin stresli təbiəti nəzərə alınaraq bu sahədə qanunvericilikdəki boşluqların aradan qaldırılması vacibdir. Beynəlxalq təcrübə göstərir ki, bu boşluğun aradan qaldırılması psixoloqların hüquqi proseslərə daha geniş inteqrasiyası ilə mümkündür. Məsələn, ABŞ-da uşaq müdafiə mərkəzləri bu məsələ ilə məşğul olur və psixoloqların iştirakı təmin edilir. Rusiyada isə hüquq-mühafizə orqanlarının tərkibində çalışan psixoloqlar bu cür proseslərdə aktiv rol oynayır. Avropa İttifaqı ölkələrinin bir çoxunda isə psixoloqların iştirakı məcburi xarakter daşıyır. Bu yanaşmaların əsas məqsədi azyaşlıların ifadələrinin doğruluğunu qorumaq, onları stresdən qorumaq və hüquqi prosesləri daha humanist şəkildə təşkil etməkdir.
Fikrimcə, Azərbaycan üçün təklif olunmalı yanaşmalardan biri, polis orqanlarının tərkibindəki psixoloqların dindirmələrə cəlb edilməsidir. Bu, operativlik baxımından üstün hesab olunmaldır, çünki psixoloqlar birbaşa hüquqi prosesdə iştirak edərək uşaqların emosional vəziyyətini dərhal qiymətləndirə və dəstək göstərə bilər. Alternativ olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən sosial xidmətlər vasitəsilə psixoloqların təminatı da nəzərdən keçirilə bilər.
Qanunvericiliyə ediləcək dəyişikliklərlə CM 228.2 və 232-ci maddələrin əhatə dairəsini genişləndirərək psixoloqların bütün yetkinlik yaşına çatmayanların dindirilməsi prosesinə inteqrasiyası təmin edilə bilər. Bu, həm uşaqların hüquqlarının müdafiəsinə, həm də hüquqi proseslərin səmərəliliyinə töhfə verəcəkdir. Belə bir mexanizm beynəlxalq standartlara uyğun olaraq, Azərbaycanda hüquq sisteminin inkişafına xidmət edə bilər.
Dərc olunub : 01-04-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !