Ülvi Mehdi oğlu Abbasov

Təklif: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi Hauptvaxt haqqında Əlavəyə - əlavə və dəyişikliklərin edilməsi; Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında 22 may 2012-ci il tarixli AR Qanunun 22, 33.1.1.5, 33.1.1.6, 33.1.3 və 33.2-ci maddələrinin tətbiqi ilə əlaqədar, hauptvaxtlarda saxlanan şəxslərin tibbi müayinəsinə dair hissədə, həm hüquqi, həm də praktik problemin aradan qaldırılması üçün, Hauptvaxt haqqında Əlavəyə, tutulmuş və həbs edilmiş hərbi qulluqçuların hauptvaxtlara qəbulu və qeydiyyatı zamanı üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və həbs yerinə daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayətinin olub-olmaması, dərhal və eləcə də hauptvaxtda saxlandıqları müddət ərzində sağlamlıqları ilə bağlı tibbi müayinələrdən keçirilməsi və bu məlumatların tibbi kitabçalara qeyd olunmasının zəruriliyi məzmununda maddələrin əlavə edilməsi hərbçilərin hüquqlarının daha etibarlı müdafiəsi baxımından məqsədəmüvafiqdir. Əsaslandırma: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi Hauptvaxt haqqında Əlavədə tutulmuş və həbs edilmiş hərbi qulluqçuların hauptvaxta qəbulu və qeydiyyatı zamanı onların dərhal tibbi müayinədən keçirilməsi əks olunmamışdır. Yalnız Əlavənin 28-ci maddəsində qeyd edilir ki, “həbs edilənlər həftədə bir dəfə qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) müəyyən etdiyi vaxtda hamamda çimməlidirlər. Bu günlərdə həbs edilənlər tibbi müayinədən də keçirilirlər.” Yuxarıda qeyd edilənlərdən görünür ki, bu hal, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında 22 may 2012-ci il tarixli Qanunun tələblərinə, həmçinin Avropa Penitensiar Qaydaları və İşgəncələrə qarşı Avropa Komitəsinin (İQAK) təxirəsalınmaz və dərhal tibbi müayinədən keçirilmə ilə bağlı standart və tələblərinə ziddir.


Dərc olunub : 24-06-2025

Rəylər



Rəy bildir