Anonim

Əmək Məcəlləsinə 2021-ci ildə edilən dəyişikliklərdən biri sahibkarlara əsas fəaliyyət sahəsi üzrə qısa müddətli xidmət müqaviləsi əsasında əlavə kadrlar cəlb etməyi qadağan edir və məhkəmələr bu məsələlərə baxanda sahibkarın hüquqlarını qorumur. Buna səbəb Məcəllənin 7-ci maddəsindəki bu bənddir (mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir): "2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;" Misal üçün, praktikada vergi yoxlaması zamanı hüquq şirkətinə irad bildirilir ki, əlavə hüquqşünasları xidmət müqaviləsi ilə cəlb edə bilməz. Hüquq sahəsi çox geniş olduğundan şirkətin ştatda saxladığı hüquqşünaslar bütün sahələrdə eyni səviyyədə peşəkar ola bilməz və şirkətdə sərbəstlik olmalıdır ki, müştərisinin müraciətini keyfiyyətlə həll etməsi üçün sırf dar sahə üzrə ixtisaslaşan digər hüquqşünası konkret tapşırıq üçün cəlb etsin. Beynəlxalq təcrübədə xidmət müqaviləsinin əmək müqaviləsi ilə məcburi əvəzlənməsi xidmətin vaxtı və müqavilənin məbləği ilə tənzimlənir (misal üçün BMT Əhali Fondunun qaydalarına görə xidmət müqaviləs 1 il ərzindən 11 aydan çox müddətə və 20.000 ABŞ dolları məbləği aşmadığı halda bağlana bilər (https://www.unfpa.org/sites/default/files/admin-resource/DHR_Individual_Consultant.pdf). Azərbaycanda isə bu çox dar mənada tətbiq edilir və həm şirkətlərin, həm də fərdi hüquqşünasların hüquqlarını ciddi şəkildə pozur. Təklif: 2-3.4-cü maddəyə dəyişiklik edilərək qısa müddət və müəyyən məbləğdən aşağı olan mülkü-hüquqi müqavilələrə icazə verilsin.

Dərc olunub : 18-07-2024