Leyla Cəlil qızı Məmmədova

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 251-ci maddəsində ("Yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər") başlıq ilə məzmun arasında müəyyən uyğunsuzluqlar müşahidə olunur. Başlıqdan belə başa düşülür ki, maddə ümumilikdə yaşı 18-dən az olan işçilərin yük qaldırması və onların bir yerdən başqa yerə daşınması ilə bağlı məhdudiyyətləri müəyyən edir. Lakin 251.2-ci maddənin “a”(kişilər) və “b”(qadınlar) bəndlərində bu məhdudiyyətlər cinsə görə fərqləndirilir. Belə olan halda maddənin adı onun məzmununu tam əks etdirmir. Maddənin adı yalnız yaş məhdudiyyətlərini ifadə etsə də, məzmununda cinsə görə fərqləndirmələr nəzərdə tutulur. Bu baxımdan, maddənin adının “Yaşı 18-dən az olan işçilərin cins və yaşa görə ağırlıq qaldırılmasında məhdudiyyətlər” və ya “Yaşı 18-dən az olan yeniyetmə qız və oğlan işçilərin ağırlıq qaldırılmasında məhdudiyyətlər” kimi dəyişdirilməsi məqsədə uyğun hesab olunur.


Dərc olunub : 29-10-2025

Rəylər



Rəy bildir