Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 251.2-ci maddəsində yaşı 18-dən az olan şəxslər “kişilər” və “qadınlar” kimi təqdim olunur. Hüquqi baxımdan bu ifadələr düzgün deyil, çünki 16–18 yaş aralığında olan şəxslər hələ tam hüquq qabiliyyətli və yetkin əmək bazarı iştirakçıları sayılmırlar. Çünki Azərbaycan qanunvericiliyinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxs uşaq hesab olunur. “Qadın” və “kişi” ifadələri isə 18 yaşından yuxarı şəxslərə şamil olunmalıdır. Bu yaş qrupuna münasibətdə “kişilər” və “qadınlar” əvəzinə “oğlanlar” və “qızlar”, yaxud “oğlan yeniyetmələr” və “qız yeniyetmələr” terminlərinin işlədilməsi daha məqsədəuyğun olardı.
Məcəllənin 251.3-cü maddəsində isə yalnız “qızlar” üçün xüsusi istisna və razılıq mexanizmi nəzərdə tutulur. Qızların razılığı ilə müəyyən normanın 1/3 hissəsi həcmində yük qaldırılmasına icazə verilməsi onların fiziki inkişaf səviyyəsinə uyğun risklərin azaldılması baxımından əsaslı görünür. Lakin həmin bənddə eyni yaş kateqoriyasına daxil olan “oğlan uşaqları” üçün oxşar hüquqi yanaşma və ya istisna hal göstərilmir. Bu isə gender balansı və bərabərlik prinsipi baxımından normativ uyğunsuzluq yaradır. Digər tərəfdən, bənddə istifadə edilən “qızların razılığı ilə” ifadəsi hüquqi baxımdan düzgün deyil. Çünki 16 yaşadək şəxslər tam fəaliyyət qabiliyyətinə malik olmadıqları üçün onların əməyə cəlb edilməsi yalnız valideynin və ya qanuni nümayəndənin razılığı ilə mümkündür. Bu səbəbdən, maddədə “qızların razılığı” ifadəsi ilə yanaşı, “valideynin və ya qanuni nümayəndənin razılığı” da qeyd edilməsi müvafiq hesab olunur.
Qeyd edim ki, maddənin strukturunda yaş ardıcıllığı təmin olunmalı, əvvəlcə 16 yaşdan kiçik uşaqlar, daha sonra 16–18 yaşlı yeniyetmələr üçün ayrıca və sistematik qaydalar müəyyən edilməlidir. Hər yaş kateqoriyasına həm fiziki yük limiti, həm də hüquqi razılıq mexanizmi tətbiq olunması təklif olunur.
Dərc olunub : 29-10-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !