Fərid Əlizadə Atamoğlan oğlu, Qənbər Mikayılov Əkbər oğlu

Təklif olunan: 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, bu məcəllənin xüsusi hissəsində göstərilmiş müvafiq maddəsindəki cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur.

Əsaslandırma: Cinayət Məcəlləsinin 33.4cü maddəsinin məqsədi yalnız icraçılığı istisna etmək olmalıdır. Lakin qüvvədə olan maddəyə əsasən 33.4-cü maddədən 2 nəticə alırıq:

1.Nəzərdə tutulmuş şəxsin icraçılığı istisna edilir (bununla razıyıq)

2.Maddə bizi nəzərdə tutulmuş şəxsin əməlini xüsusi subyektli cinayətlə tövsif etməyə yönəldir (bununla razı deyilik). Niyə? Çünki maddədə "həmin cinayətə görə onun.." ifadəsindən bu nəticəyə gəlirik. "həmin cinayət" hər iki şəxsin əməlini eyni maddə ilə tövsif etməyə yönəldir bizi.

2ci ilə razı olmamağımızı sadə kazusla göstərək. Ana yeni doğulmuş uşağını ata ilə birgə öldürmüşdür. 33.4ü tətbiq etsək ana 121ci maddədə icraçılığı görə məsuliyyət daşıyır. Ata isə "həmin cinayətə görə" yəni 121ci maddədə köməkçiliyə görə məsuliyyət daşıyacaq. Lakin atanın əməlini 121 ilə tövsif etmək olmaz. Çünki 121ci maddənin cinayət məcəlləsində yüngülləşdirici hal kimi təsbit edilməsinin əsası subyektin psixoloji vəziyyəti ilə əlaqədardır. Ananın doğuşdan sonra psixi vəziyyəti nəzərə alınaraq bu tərkib yaradılmışdır. Bu yüngülləşdirici əsasın ataya aiddiyəti olmadığından onun əməli 121 ilə tövsif edilə bilməz. Atanın əməli 120.2.9 və köməkçilik olaraq tövsif edilməlidir.

Göründüyü kimi ana və ata cinayəti birgə icraçılıqla törətmişdir. Bir cinayəti birgə törətmək hər ikisinin əməlinin həmin eyni maddə ilə tövsif edilməsinə əsas deyildir. Eynilə əvvəl qeyd etdiyimiz kazusda 121 və 120 həmcins cinayətlərdədir. İkisi də adam öldürmə cinayətində iştirakçıdır. 121 və 120-ci maddələr adam öldürmə cinayətlərinə daxildir. Bu problemin aradan qaldırılması üçün 33.4cü maddədən "həmin" sözünün çıxarılmasını uyğun görürük.

 


Dərc olunub : 14-11-2025

Rəylər



Rəy bildir