İsaməddin Xamoyev

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində qəbul etdikləri normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Lakin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanması Məcəlləyə daxil edilməmişdir. Halbuki, əmək, tətil, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüquqlarına Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” sözlərindən sonra “Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və” sözlərinin əlavə edilməsini təklif edirik.

Published : 19-07-2024