AR Əmək Məcəlləsinin 72-ci və 296-cı maddələrində “yaxın qohumu” ifadəsi işlədilir. Qanunverici Məcəllənin 296-cı maddəsinin qeyd hissəsində həmin maddənin altıncı hissəsində yaxın qohuma kimlərin aid edildiyini şərh edir. Məcəllənin 72-ci maddəsində eyni ifadədən istifadə olunmasına baxmayaraq, bu maddədə onun ayrıca izahı verilməmişdir. Belə hallar hüquqi müəyyənlik prinsipinin tətbiqində və maddələrin şərhində uyğunsuzluq, çaşqınlıq yarada bilər. Qanunun terminoloji vahidliyinin təmin edilməsi, maddələrin düzgün və aydın şərh olunması məqsədilə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində və ya bu maddənin “a” bəndində “yaxın qohumunun” sözlərindən sonra mötərizədə bu kateqoriyaya kimlərin aid edildiyinin göstərilməsi məqsədəmüvafiq olardı
Published : 01-12-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !