Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.04.2019 tarixli qərarı ilə təsdiqlənmiş və 03.11.2020 tarixli 438 nömrəli qərarı ilə dəyişiklik edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (2021-ci il, s. 11 və 302) dildə işlənmə vəziyyəti nəzərə alınaraq, əvvəlki lüğətdə paralel yer alan “svetofor – işıqfor” sinonim cütlüyündən yalnız “işıqfor” sözü saxlanılmışdır. Lakin Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununda və bu sahədə mövcud olan digər normativ hüquqi aktların mətnində hələ də “işıqfor” termini əvəzinə “svetofor” sözündən istifadə olunmaqdadır. Düzdür, qanunun qəbul edildiyi dövrdə qüvvədə olan lüğət tərkibi fərqli olsa da, “Dövlət dili haqqında” Qanunun 3.0.2-ci, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 53-cü maddələrinin linqvistik tələbləri və Prezident İlham Əliyevin çıxışlarında (03.11.2025 və 05.01.2026) dilin saflığının qorunması ilə bağlı tapşırıqları qanunvericiliyin ədəbi dil normalarına uyğunlaşdırılmasını zəruri edir. Qeyd olunanları nəzərə alaraq, “Yol hərəkəti haqqında” Qanunda və digər normativ hüquqi aktlarda “svetofor” sözünün “işıqfor” sözü ilə əvəz olunması məqsədilə müvafiq dəyişikliklərin edilməsi düşünürəm ki, dövlət dil siyasətinin layiqli icrasına mühüm töhfə olacaqdır.
Published : 04-08-2026
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !