“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” 31 may 2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa dair - Qanunun 20.1-1-ci maddəsi aşağıdakı kimi formulə edilib:
“20.1-1. Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli məsələlərinə məsul olan etik davranış üzrə müvəkkil təyin edilir”.
Bu normanı oxuyanda ilk baxışda anlaşılmır ki, burada bütün dövlət orqanları üçün bir müvəkkilin təyin edilməsindən yaxud hər bir dövlət orqanı üçün ayrıca müvəkkilin təyin edilməsindən söhbət gedir. Bu isə qarışıqlıq yaradır və qanunvericilik texnikasının anlaşıqlılıq ilə bağlı tələbinə uyğun gəlmir. Bu baxımdan hesab edirik ki, həmin müddənin mətnində “Dövlət orqanlarında” sözünün “hər bir dövlət orqanında” sözü ilə əvəz edilməsi daha məqsədəmüvafiq olardı.
Həmçinin, 20.1-1-ci maddədə etik davranış üzrə müvəkkilin yalnız dövlət orqanlarında təyin edilməsi nəzərdə tutulur. Lakin ictimai və dövlət əhəmiyyətli funksiyaları publik hüquqi şəxslər də yerinə yetirir. Öz təyinatları və funksiyaları baxımdan bir çox publik hüquqi şəxslər dövlət orqanından demək olar ki, fərqlənmirlər. Hətta bəzi dövlət orqanları publik hüquqi şəxs kimi yenidən təşkil edilblər və ya publik hüquqi şəxsə çevriliblər. Məsələn, Mərkəzi Bank. Onların bəziləri dövlət orqanlarının (nazirliklərin) yanında və ya tabeliyində fəaliyyət göstərirlər. Məsələn, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Bu baxımdan hesab edirik ki, Qanuna aşağıdakı variantların biri üzrə düzəliş edilməsi məqsədəmüvafiq olardı:
I variant: Yekun müddəa kimi aşağıdakı redaksiyada yeni maddə əlavə oluna bilər: “23-1. Bu Qanunun 20-ci və 20.1-1-ci maddələrinin müddəaları işçiləri dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərə və əvvəllər dövlət orqanı olan və publik hüquqi şəxs kimi yenidən təşkil edilən qurumların işçilərinə də şamil olunur”.
II variant: “20.1-1. Dövlət orqanlarında, habelə işçiləri dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərdə və əvvəllər dövlət orqanı olan və publik hüquqi şəxs kimi yenidən təşkil edilən qurumlarda etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli məsələlərinə məsul olan etik davranış üzrə müvəkkil təyin edilir”.
Published : 10-03-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !