Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.11.2-ci maddəsində qeyd edilir ki, "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir” Həmin maddədə qeyd olunan "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra 29 iyun 2012-ci il tarixli 392-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 838) ilə ləğv edilmişdir. Ləğv edilmiş qanunun normativ hüquqi aktdan çıxarılmaması istinad baxımdan boşluq yaradır. Təklifimiz: Əsasnamənin həmin maddəsinə düzəliş edilməsi və ləğv edilmiş qanunun həmin maddədən çıxarılmasıdır.
Published : 12-03-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !