Həsən Həsənov

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsində inzibati xəta haqqına iş üzrə qərarın qanuni qüvvəyə mindiyi vaxt göstərilmişdir. Belə ki, həmin qərarlar şikayət verilmə müdəti bitdikdən sonra qanuni qüvvəyə minir. Lakin inzibati həbs növündə tənbehlər rayon (şəhər) məhkəməsinin qərarı elan edildikdən dərhal sonra icra edilir. Həmin qərarın apellyasiya qaydasında ləğv olunma ehtimalı nəzərə alınmır. Birinci inistansiya məhkəməsinin qərarı apellyasiya qaydasında ləğv olunduqda isə şəxsin vurulmuş zərərin öənilməsi ilə bağlı iddia hüququ yaranır. Bu isə öz növbəsində dövlət büdcəsinə əlavə yük gətirir. Hesab edirəm ki, qeyd olunan məsələyə aydınlıq gətirilməsi zəruridir.


Published : 29-04-2025

Rəylər



Rəy bildir




Top