Ülvi Mehdi oğlu Abbasov

Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra onların tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə məlumat verməsi hüququ və bu hüququn həbs yerlərinin rəisləri tərəfindən təmin edilməsi həmin şəxslərin xarici mühitlə əlaqələrinin davamlılığına xidmət edir. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Qanunda, AR CPM-nin müvafiq maddəsində, həm Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları, həm də İstintaq təcridxanalarının daxili intizam Qaydalarında bu hüquqa dair müvafiq məzmunda maddə və bəndlər təsbit edilmişdir. Həmçinin Avropa Penitensiar Qaydalarının 37.1-ci maddəsində məhbusların, həbs olunma və ya digər penitensiar müəssisəyə keçirilmə, habelə istənilən ağır xəstəlik və ya xəsarət barədə öz ailələrini təxirəsalınmadan məlumatlandırmaq üçün icazə verməyin vacibliyi vurğulanır. Yuxarıda qeyd edilənlərə əsasən, hərbçilərin hüqüqlarının daha etibarlı müdafisəsi baxımından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul xidmətləri Nizamnaməsi Hauptvaxt haqqında Əlavəyə də qeyd edilən məzmunda müddəların əlavə edilməsi məqsədəmüvafiqdir.


Published : 29-04-2025

Rəylər



Rəy bildir




Top