Azərbaycan Respublikası CM-in 29-cu maddəsi cinayətə hazırlıq və cəhd anlayışlarını fərqləndirir. Hazırlıq mərhələsində şəxs yalnız cinayəti törətmək üçün şərait yaradır, lakin cinayət başlamır. Cinayətə cəhd isə artıq cinayətin icrasına yönəlmiş, lakin tam başa çatmayan fəaliyyətdir. Maddənin tətbiqində əsas çətinlik bu iki mərhələnin sərhədlərinin müəyyənləşdirilməsində yaranır. Hüquq-mühafizə orqanları və məhkəmələr arasında eyni hallara fərqli hüquqi qiymət verilməsi mümkündür. “Cinayətə bilavasitə başlama” anlayışının dəqiq olmaması normanın tətbiqini çətinləşdirir. Maddənin mövcud redaksiyası bəzən hüquqi qeyri-müəyyənliyə və ədalətsiz qərarlara səbəb ola bilir. Praktiki çətinliklərin aradan qaldırılması üçün qanunda konkret və dəqiq təriflər verilməli və məhkəmə təcrübəsində vahid yanaşma formalaşdırılmalıdır. CM-in 29-cu maddəsinin terminləri normativ şəkildə izah olunmalı, Ali Məhkəmə izahlı qərarla təfsir verməlidir. Bu, hüquqi müəyyənliyi təmin edəcək və ədalətli qərarların verilməsinə şərait yaradacaqdır.
Published : 28-05-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !