Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun (bundan sonra - Qanun) 5-ci maddəsinin 4-cü abzasına əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən, Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Halbuki Qanunun 18-ci maddəsi sırf vətəndaşlığının itirilməsi məsələsini tənzimləyir. Qanunun 14-cü maddəsinin 8-ci abzasında vətəndaşlığa qəbul və ya bərpa üçün vəsatətin rədd edilməsinin əsasları qəti olaraq müəyyən edilmişdir. Göründüyü kimi, NK Qanunun 11, 14, 15 və 18-ci maddələrini əsassız olaraq genişləndirici şərh edir. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 90.4-cü maddəsinə əsasən, genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir. Lakin, yuxarıda sadalanan normalar açıq və aydın şəkildə vətəndaşlığa qəbul və bərpanın şərtlərini və məhdudiyyətləri və vətəndaşlığın itirilməsi üçün əsaslarını müəyyən edir. Bundan başqa, Qanunun 18-ci maddəsinin ikinci abzası vətəndaşlığın itirilməsi məsələsinin həllini məhkəmənin yurisdiksiyasına aid etmişdir. O halda ki, NK həmin maddənin birinci hissəsini genişləndirici şərh edir, müəyyənləşdirilmiş məhkəmə yurisdiksiyasının nəzərə alınmaması və həmin Qaydanın 3.11-ci bəndi ilə Dövlət Miqrasiya Xidmətinə 18-ci maddəsinin tətbiqinin həvalə edilməsi hakimiyyətlərin bölünməsi prinsipini kobud şəkildə pozur və icra hakimiyyəti tərəfindən məhkəmə hakimiyyətinin səlahiyyətlərinin mənimsənilməsinə gətirir.
Published : 24-06-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !