Təklif: 125-1. Başqasının intiharına hər hansı şəkildə kömək göstərmək Əsaslandırma: Kazus:A şəxsi borcları çox olduğu üçün intihar etmək qərarına gəlir və bu barədə B-yə danışır. A deyir ki, "özümü asmaq istəyirəm, kəndiri hazırlaya bilmirəm, mənə kömək et". B isə razılaşır və kəndiri düzgün formada hazırlayıb, asılmaq üçün hazır vəziyyətdə qoyur, sonra isə gedir. A həmin kəndirdən istifadə edərək özünü asır və ölür. Hüquqi mövqe: Aydın məsələdir ki şəxsin 120 və ya 120 köməkçilik üzrə məsuliyyəti yarana bilməz. Ümumiyyətlə bizim qanunvericiliyə əsasən bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdır. Lakin intihara hər hansı köməkçilik göstərən şəxsin məsuliyyətə cəlb edilməməsi doğru deyildir. Bu boşluq CM 125-ci maddəsinin məhdud olması ilə bağlıdır. Digər ölkələrin qanunvericiliyinə nəzər yetirdikdə (Türkiyə, Rusiya və s) bu əməl üçün məsuliyyət nəzərdə tutulmuşdur. Yekun olaraq, əməlin kriminallaşdırılması üçün CM 125-ci maddəyə əlavələr edilməsi daha məqsədəuyğun hesab edirəm. Qeyd: şəxsin əməlinin 125-1 və ya 120 üzrə məsuliyyətinin yaranması şəxsin niyyətindən, intihar təklifini kimin etməsindən və s. hallardan asılıdır.
Published : 14-11-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !