AR Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısı verilmişdir. Qeyd olunan maddədə sosial həssas qruplar nəzərə alınmışdır (vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər, hamilə qadınlar, azyaşlı uşağı olan qadınlar, uşağını təkbaşına böyüdən kişilər və s.). Bildiyimiz kimi, tək valideyn ailədə yeganə gəlir mənbəyidir, onun attestasiya səbəbindən işsiz qalması uşağın sosial vəziyyətinə birbaşa təsir edir və bu da ailənin sosial rifahına mənfi təsir göstərmiş olur. Bu səbəbdən də uşağını təkbaşına böyüdən qadınlar da eyni prinsiplə müdafiəyə ehtiyac duyurlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq təklif edirik ki, Əmək Məcəlləsinin 66-cı maddəsinə “ailə başçısını itirmiş, uşağını təkbaşına böyüdən qadınlar” bəndi də əlavə olunsun və onların attestasiyadan azad edilən işçilər sırasına daxil edilməsi zəruri hesab edilsin.
Published : 24-11-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !