Bu gün və gələcəkdə müəssisələrin inkişafı əhəmiyyətli miqdarda insan resurslarına qoyulacaq kapital və insan resurslarının iş şərtlərinin mümkün qədər onların istəklərini qarşılayacaq formada qura bilmələri ilə mütənasibdir. Bunları reallaşdıra bilməyən müəssisələrin uzun müddətdə hədəflərini həyata keçirə bilmələri çox çətindir. İşçilərin sevərək və istəyərək iş yeri qaydalarına uyğun nəticənin əldə edilə biləcək yüksək motivasiya ilə istənilən nəticəni hədəfləyən insan resurslarının idarə edilməsi korporativ uğurun əsas ünsürlərindəndir. Məqalədə insan resursları anlayışı və əhəmiyyəti, insan resurslarının idarə edilməsi funksiyaları, insan resurslarının idarəedilməsinin prinsipləri, insan resurslarının idarə edilməsi mühiti (İRİ) və s. mövzular ətraflı tədqiq edilmiş və onların əhəmiyyəti vurğulanmışdır.
Müəllif :
Atilla Öztürk, Oğuzhan Uzar
Nəşr tarixi : 2024
Məqalədə günümüzün mülki hüquq sferasının vacib bir parametri olan müqavilənin standart şərtləri institutu araşdırılır. Sözügedən anlayışın müasir hüquq sistemindəki yerindən bəhs edilir. Bu məsələ ilə bağlı, qanunvericinin mövqeyi, məhkəmə təcrübəsi və doktrinada mövcud olan yanaşmalar təhlil edilir. Müqavilənin standart şərtlərinin anlayışı, Azərbaycan Respublikasının hüquq sistemində yeri, ünsürləri, yoxlanması, etibarlılığı və ondan doğa biləcək sui-istifadələrə qarşı qanunverici tərəfindən formalaşdırılan müdafiə mexanizmləri kimi əhəmiyyətli nüanslara toxunulur. O cümlədən, qanunvericilikdə bu institutu tənzimləyən imperativ tələblərə nəzər yetirilir. Bu şərt növünün mülki hüquq perspektivindən gərəkli və arzuolunan olub-olmamasına aydınlıq gətirilir.
Müəllif :
Sübhan Rəsulzadə
Nəşr tarixi : 2024
Keçən əsrin sonlarından etibarən rəqəmsal texnologiyaların geniş yayılması bir çox sahələrin inkişafına mühüm təsir göstərmişdir. Texnoloji yeniliklər digər peşə sahələrində olduğu kimi vəkillik sahəsinə də gündən-günə təsirini artırır. Bəzi hüquq texnologiyaları vəkillərin bürokratik yüklərini azaldıb, təkrarlanan tapşırıqları yerinə yetirərkən, bəziləri də vətəndaşlara və şirkətlərə vəkilə ehtiyac duymadan sadə hüquqi problemləri həll etməkdə kömək edir. Bu məqalə Hüquq Texnologiyaları (Legal Tech) anlayışını, hüquq texnologiyalarının istifadə sahələrini, kateqoriyalarını və onların vəkillik sahəsində tətbiqini araşdırır, vəkillərin öz peşələrini yerinə yetirərkən hüquq texnologiyalarından istifadə etməklə necə daha səmərəli və daha keyfiyyətli hüquqi yardım göstərə biləcəklərini vurğulayır. Məqalədə həmçinin vəkillik peşəsində süni intellektdən istifadə məsələlərinə də toxunulmuş, hüquq texnologiyalarının xarici ölkələrdə tətbiqi praktikası və ölkəmizdə müvafiq sahənin inkişafının hansı dərəcədə olduğundan bəhs olunmuşdur. Belə ki, dünyanın bir sıra qabaqcıl dövlətlərinin hüquq texnologiylarından geniş istifadə etməsi, xüsusən də süni intellektə əsaslanan texnologiyaların beynəlxalq və milli hüquq sistemlərində tətbiqi bu sahənin inkişafına mühüm töhfə vermişdir.
Müəllif :
Zeynalabidin Hüseynov
Nəşr tarixi : 2024
Məqalədə Azərbaycan Respublikasında “Beynəlxalq Arbitraj haqqında” Qanunu əvəz etməyi nəzərdə tutulan “Arbitraj haqqında” Qanun ətraflı təhlil edilir. Qanun arbitraj məhkəməsinə çıxarılmalı olan mübahisələrin kateqoriyalarını, yerli arbitrlərin seçilməsi meyarlarını, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir, məhkəmə yükünün azaldılması vasitəsi kimi daxili arbitraj sisteminin inkişafına, habelə ölkənin arbitraj təcrübəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xüsusi diqqət yetirilir. Məqalə həm də mübahisələri məhkəmə sisteminə cəlb etmədən münaqişələrin həlli üsulu kimi mənşəyindən başlayaraq arbitrajın tarixinə toxunmaqla genişləndirir. Arbitrajın təkamülü ətraflı şəkildə araşdırılır, onun qədim kökləri və bir çox mədəniyyətlər və hüquq sistemləri arasında tədricən inkişafı vurğulanır, Azərbaycan Respublikasında yerli arbitraj kontekstinin xüsusiyyətləri araşdırılaraq “arbitraj məhkəmələri” termininə xüsusi diqqət yetirilir. Bundan əlavə, məqalədə ölkəmizdə arbitraj və mediasiya arasında mühüm müqayisəyə toxunulur, mübahisələrin alternativ həllinin bu iki üsulu arasındakı fərqlər və oxşarlıqlar vurğulanır. Hər iki üsul hüquqi təcrübədə münaqişələrin həllinə və işgüzar münasibətlərin möhkəmləndirilməsinə kömək edən əsas alətlərdir.
Müəllif :
Orxan Ağayev
Nəşr tarixi : 2024
Məqalədə 2012-2023-cü illər ərzində törədilmiş cinayətlərin strukturunda dövlət hakimiyyəti əleyhinə olan və əvvəlki on ilə nisbətən daha da artan cinayətlərlə bağlı göstəricilərin dinamikası şərh edilir, eyni zamanda hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayətlərinin vəziyyətinə və səviyyəsinə təsir göstərən ümumi və xüsusi amillər təhlil edilir. Müəllif qeyd edir ki, kriminoloji baxımdan neqativ, anti-ictimai yönümlər öz-özünə meydana gəl-mir və onlar mənşə etibarilə sosial köklərə malikdir, fərdin onu əhatə edən makro və mikro mühitlə ünsiyyəti prosesində təşəkkül tapır. Məqalədə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayətlərinin xəbərdar edilməsi üzrə xüsusi tədbirlər qismində aşağıdakı tədbirlərin görülməsinin zəruriliyi irəli sürülür: hakimiyyət nümayəndələrinin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, ekstremal vəziyyətlərdə onların qanun çərçivəsində qətiyyətli hərəkət etmək vərdişlərinin möhkəmləndirilməsi, media ilə əlaqələrin gücləndirilməsi və genişləndirilməsi, əhalinin nəzərində hakimiyyət nümayəndələrinin nüfuzunun yüksəldilməsində onların imkanlarından istifadə edilməsi, cinayət qanunvericiliyinin təkmilləşdirilməsi.
Müəllif :
Yunis İsmayilov
Nəşr tarixi : 2024
В данной статье рассматриваются правовые проблемы в осуществлении родительских прав на общение с несовершеннолетним ребенком добросовестным и законопослушным родителем, проживающим отдельно от ребенка. Актуальность темы обосновывается ослаблением традиционного института семьи, которое характеризуется непрерывным ростом числа расторгаемых браков и соответственно - ростом количества неполных семей. Анализируется нормативно-правовая база, регулирующая реализацию родительских прав. Исследуется насколько реально правовой статус отдельно проживающего родителя отличается от декларируемого и является ли он достаточным для осуществления родительских обязанностей по воспитанию и развитию несовершеннолетнего ребенка. Показывается, что в сложившейся правовой действительности, равенство прав и обязанностей супругов после их развода не соблюдается, так как родительские права отдельно проживающего родителя существенно ограничены, что в итоге, приводит к фактической утрате этим родителем ответственности за воспитание ребенка.
Müəllif :
Азиз Гулиев
Nəşr tarixi : 2024
В статье исследуются виды правовых презумпций, приводится аналитический обзор литературы, а также мнения ученых-цивилистов по исследуемой тематике. На основе проведенного теоретического анализа выработано определение понятия гражданской дееспособности физического лица как презумпции необходимой зрелости сознательно-волевой сферы физического лица. Констатируется что, при наличии юридических фактов, свидетельствующих о негативном влиянии на сознательно-волевую сферу физического лица, такая презумпция может быть опровергнута. Делается вывод что опровержением презумпции необходимой зрелости сознательно-волевой сферы физического лица является ограничение гражданской дееспособности физического лица, а юридическими фактами служат законодательно закрепленные основания ограничения дееспособности. Приведенное авторское определение позволяет уточнить юридическую сущность и особенности дееспособности физического лица и ее ограничения, имеющие теоретическое и практическое значение в юридической науке.
Müəllif :
Ruslan Vəliyev
Nəşr tarixi : 2024
Məqalədə internet provayderlərin məsuliyyətinə dair təcrübənin Azərbaycan, Türkiyə və Avropa hüquqi tənzimlənməsi əsasında müqayisəli təhlili aparılır. Qeyd edilir ki, virtual məkanda paylaşılan məzmuna görə provayderlərin məsuliyyət məsələsi iki əsas informasiya hüquqi tədqiqat mövzusunun vəhdəti kimi internetin tənzimlənməsinə və informasiya hüquqi məsuliyyətə əsaslanır. Sonda belə bir nəticəyə gəlinir ki, Azərbaycan Respublikasının qanunvericiliyində internet provayderlərin təsnifatı aparılmamışdır. Belə ki, host provayderi, internet informasiya ehtiyatının sahibi və telekommunikasiya operatoru və provayderi ifadələrindən istifadə olunur. Yalnız host provayderə verilən hüquqi anlayış beynəlxalq normalara və qabaqcıl xarici təcrübələrə uyğun gəlir. İlkin hüquqi anlayışların olmaması hüquq və azadlıqların pozulması zamanı məsuliyyət məsələlərinin həllində də çətinlik törədir.
Müəllif :
Elnur Hümbətov
Nəşr tarixi : 2024
Müxtəlif hüquqi tənzimləmələrdə müxtəlif formada təsbit olunan yaradıcılıq azadlığı öz xüsusiyyətinə görə insanın maddi və mənəvi varlığının inkişafı ilə bağlı əsas azadlıqlardan hesab olunur. Müasir dövrdə rəqəmsallaşma prosesləri və informasiya cəmiyyətinə keçid bu azadlığın yeni forma almasını, yalnız bədii əsərləri deyil, daha geniş məzmunu əhatə etməsini şərtləndirmişdir. Məqalədə yaradıclıq azadlığının mahiyyəti, əsas elementləri, hüquqi təminat mexanizmləri, eləcə də bu azadlığın digər hüquq və azadlıqlarla qarşılıqlı əlaqəsi haqqında təhlillər aparılmışdır. Bundan əlavə, yaradıcılıq azadlığına yönəlmiş qeyri-qanuni müdaxilələrdən qorunma üsulları barədə tövsiyələr təqdim edilmişdir. Bu zaman yaradıcılıq azadlığı və informasiya mədəniyyətinin qarşılıqlı əlaqəsinin mühüm tərəfləri də tədqiq olunmuşdur.
Müəllif :
Gülnaz Rzayeva, Türkanə Babayeva
Nəşr tarixi : 2024
Development of a legal framework for cryptocurrencies in Kazakhstan is described in this article: from very first steps in 2018 when financial intermediaries were just warned from use of Bitcoins and alike in their transactions to prohibition of their circulation established into 2020, with cancellation of the prohibition and strengthening regulation of crypto mining in 2023. Authors show that neither existence nor absence of a legislative restriction of cryptocurrencies’ circulation can help the State to control respective turnover. Respectively, no efficient solution can be said existing to both support a public order and protect individual property rights to cryptocurrencies.
Müəllif :
Farhad Karagusov, Alexey Bondarev
Nəşr tarixi : 2024