Dövlәtin әsas әlamәtlәrindәn biri kimi әhali (population) çıxış etmәkdәdir. Bir dövlәtin qurucu әlamәti olaraq әhalinin sahib olması gәrәkәn özәlliklәrin başında sürәklilik gәlmәkdәdir. Dövlәtin siyasi sәhnәdәn getmәsi, ölmәsi üçün onun ya әhalisinin yox edilmәsi, ya da әrazisinin tәbii-geoloji dәyişikliyә mәruz qalmaqla yaşayışın sürdürülmәsinin mümkün olmaması halında ola bilәr. Əhalinin mәhv edilmәsi ilә digәr element-hakimiyyәt dә itmiş olur. Ona görә dә, dövlәtin әhali әlamәti dövlәtin davamlılığı üçün daha müәyyәnedicidir. XX әsrin әvvәllәrindә tәsis edilәn AXC özünün formasını (mövcudluğunu) itirsә dә beynәlxalq hüquq subyektliyini itirmәmişdir. Qanunsuz anneksiya dövründә dövlәtin suverenliyi Azәrbaycan xalqında (onun elm mәrkәzlәrindә), o cümlәdәn onun adından çıxış etmәk haqqı qazanmış mәcburi mühacirәtdә olan hökumәtindә qalmışdır. Dövlәt müstәqilliyinin bәrpası ilә Azәrbaycan Respublikası AXC-nin malik olduğu beynәlxalq hüquq subyektliyini dә әhalisi (xalqı) vasitәsilә yenidәn tәmin etmişdir.
Müəllif :
Saftar Rәhimli
Nəşr tarixi : 2022
Demokratik-hüquqi cәmiyyәtlәrdә hakimiyyәtlәr bölgüsünün düzgün tәtbiqi vә hәyata keçirilmәsi olduqca әhәmiyyәtli mәsәlәlәrdәn biri hesab olunur. Bu baxımdan, mütәxәsislәr, haqlı olaraq, çәkişmә prinsipinin gözlәnilmәsini, tәrәflәrin (ittihamın vә müdafiәnin) bәrabәr statusunun tәmin olunmasını , onlar üçün bәrabәr şәraitin yaradılmasını, mәhkәmәlәrdә әdalәtin müәyyәn olunması sahәsindә mühim vasitәlәrdәn biri olduğunu qeyd edirlәr. Bu, eyni zamanda , cinayәt işlәri üzrә hökmlәrin әdalәtliliyini vә obyektivliyini, tәqsirli şәxslәrin layiqincә cәzalandırılmasını tәmin edәn amil kimi dә dәyәrli hesab olunur. Hüquq elmlәri üzrә fәlsәfә doktoru X.R.Vәliyevin uzun illәr apardığı tәdqiqatlar müvafiq ümumilәşdirmәlәr, sosioloji sorğular vә tәhlillәr nәticәsindә “Dövlәt ittihamının müdafiә edilmәsinin müasir problemlәri ” adlı iki cildliyinin,“Cinayәt prosesindә ittiham”, “ Cinayәt mühakimә icraatında zәrәrşәkmiş şәxs”, “Cinayәt prosesindә mülki iddia” kimi monoqrafiyaların oxuculara tәqdim edilmәsi milli hüquq elmimizdә mühüm hadisә kimi qiymәtlәndirilә bilәr. Problemlә bağlı müәllifin çoxsaylı tәkliflәrinin, qanun layihәlәrinin mәtnlәrinin oxuculara tәqdim olunması, tәcrübi baxımdan reallaşarsa, heç şübhәsiz, bütün bunlar cinayәt mühakimә icraatının müasir problemlәrinin hәllinә dәyәrli tövhәlәr verә bilәr. Mәqalә monoqrafiyaların tәhlil olunmasına, sәciyyәvi cәhәtlәrinin şәrh edilmәsinә, müsbәt mәziyyәtlәrin qiymәtlәn dirilmәsinә hәsr edilmәklә oxucuların marağına sәbәb olacaqdır.
Müəllif :
Bәhram Zahidov, Üzeyir Hәsәnzadә
Nəşr tarixi : 2022
The article examines the regulation of international economic activity in the context of human rights. The activity of transnational corporations as one of the major actors of international economic relations is studied from the point of view of their observance of international law on protection and promotion of human rights and national law acts concerning different aspects of human rights including labor law. This research is aimed at pointing out the difficulties caused by the activity of transnational corporations due to their ability to have economic subjectivity in different countries. The national law of the USA is examined as an example of regulation of their activities from the point of view of providing human rights.
Müəllif :
Chiragli M.A.
Nəşr tarixi : 2021
Məqalədə Konstitusiya Məhkəməsinin cinayət hüququ sahəsindəki şərhetmə təcrübəsi nəzərdən keçirilir. Cinayət-hüquq normalarının şərhinə həsr edilən Konstitusiya Məhkəmənin son qərarlarının təhlili nəticəsində belə bir qənaətə gəlinir ki, sözügedən aktlar hüquqi tənzimlənmə mexanizmində mühüm rol oynayır. Belə ki, həmin qərarlar bilavasitə bu cür normaların məzmunu və Azərbaycan Respublikası Konstitusiyasının müddəaları nəzərə alınmaqla onların tətbiqi qaydalarını müəyyən edir.
Müəllif :
Könül Qurbanova
Nəşr tarixi : 2021
Məqalədə müəllif tərəfindən qeyd edilir ki, mənimsəmə və yа isrаfеtmə yоlu ilə tаlаmа əməlinin ağırlaşdırıcı əlаməti kimi təkrаrlıq cinаyət-hüquq institutunun növlərindən biridir. Həmin növlər cinаyət qаnunvеriciliyinin Ümumi hissəsində nəzərdə tutulur. Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin Хüsusi hissəsinin mаddələrində nəzərdə tutulmuş cinаyətlərdən hər hаnsı birinin yеnidən törədilməsi həmin əməlin təkrаr törədilməsi sаyılır və cinаyət qаnunvеriciliyində, о cümlədən cinаyət hüququ еlmində bu, cinаyətlərin təkrаrlığı аdlаndırılır. Adıçəkilən Cinayət Məcəlləsinin 16-cı mаddəsinə uyğun оlаrаq, bu Məcəllənin еyni bir mаddəsi ilə nəzərdə tutulmuş cinаyətin iki dəfə və yа iki dəfədən çох törədilməsi cinаyətin təkrаr törədilməsi hеsаb еdilir.
Müəllif :
Habil Qurbanov
Nəşr tarixi : 2021
Məqalədə müəlliflər tərəfindən müasir dövrdə vətəndaş cəmiyyətində sosial hüquqların həyata keçirilməsi tədbirlərinin hüquqi təbiəti, tibbi-psixoloji mahiyyəti, fəlsəfi-hüquqi aspektləri və s.məsələlər nəzərdən keçirilir. Sosial hüquqlar anlayişı iki mənada işlədilir: subyektiv mənada, obyektiv mənada. Subyektiv mənada sosial hüquqlar dedikdə vətəndaşların qanunvericilik aktları əsasında malik olduqları potensial sosial-hüquqi imkanlar başa düşülür. Obyektiv mənada sosial hüquq dedikdə isə əhalinin sosial təminatı və sosial müdafiəsi, vətəndaşların sosial hüquqlarının həyata keçirilməsi, şəxslərin həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığın qorunması, sosial tərəfdaşlıq, sosial dialoq və digər sosial məsələlərlə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu ehtiva olunur.
Müəllif :
Etibar Əliyev, Sakit Hüseynov, Aynurə Əliyeva, Fatimə Hüseynova, Araz Kərimov, Nadir Adilov
Nəşr tarixi : 2021
Tarixi təbiətinə görə ailədaxili zorakılıq sosial-hüquqi hadisə hesab olunur. Bu hadisə bəşər cəmiyyətində formalaşan və cəmiyyətin bir mikropartikülü olan ailə və ya ailə münasibətlərinin nəticəsidir. Məişətzorakılığı eyni zamanda siyasi-hüquqi bir hadisədir. Hər bir zorakılıq, o cümlədən ailədaxili zorakılıq ictimai münasibətlərin, habelə vətəndaşların konstitusion hüquq və azadlıqlarının pozulması kimi qəbul edilir və əksər hallarda onlara ziyan vuran bir əməl kimi dəyərləndirilir. Beləliklə, insana qarşı zorakılıqt, əlbəttə ki, təbii hüquqları pozur və bununla da normal ictimai münasibətlərin inkişafına mane olan amillərdən birinə çevrilir. Qadınlar, xüsusən də, gənc qızlar və uşaqlar ailə zorakılığının əsas hədəfləri və qurbanlarıdır. Belə bir qurban hər iki cinsdən də ola bilər, lakin təcrübə təsdiq edir ki, zorakılıq qurbanlarının əksəriyyəti qadınlar və uşaqlardır.
Müəllif :
Səidə Həsənzadə
Nəşr tarixi : 2021
MüasirAzərbaycan dövlətinin keçdiyi inkişaf yolunun bir çox parlaq səhifələri, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Müəllif :
Ziyafət Əsgərov
Nəşr tarixi : 2021
Bu məqalənin məqsədi Azərbaycan Respublikasında fiziki şəxslərin pensiya təminatının müəyyən olunması zamanı mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının praktiki əhəmiyyətini araşdırmaqdır. Məqalədə normativ-hüquqi aktların təhlili, müqayisəli hüquqşünaslıq yanaşması və praktiki tətbiq təcrübəsinin öyrənilməsi metodlarından istifadə olunmuşdur. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin pensiya təminatı kontekstində mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının hüquqi əsasları ilk dəfə sistemli şəkildə təhlil edilərək, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni yanaşmalar və təkliflər irəli sürülmüşdür.
Müəllif :
Pərviz Qəribov, Qəhrəman Behbudov, Yusif Mirzəzadə
Nəşr tarixi : 2025
Müasir dövrdə dövlətlər arasında bağlanan azad ticarət zonalarına dair sazişlər beynəlxalq hüquqi münasibətlərin ən geniş yayılmış formalarından biri kimi çıxış edir. Bu cür sazişlər adətən struktur baxımından nisbətən sadə olsa da, onların hüquqi nəticələri dərin və çoxşaxəlidir. Məqalədə bu müqavilə formalarının hüquqi mexanizmləri NAFTA (Şimali Amerika Azad Ticarət Sazişi) nümunəsi əsasında təhlil olunur. NAFTA çərçivəsində formalaşmış azad ticarət zonasının idarəetmə orqanları, mübahisələrin həlli mexanizmləri, üzv dövlətlərin qarşılıqlı öhdəlikləri və bu mexanizmlərin Ümumdünya Ticarət Təşkilatının hüquqi sistemi ilə əlaqəliliyi hüquqi aspektdən analiz edilir. Məqalə azad ticarət zonalarının müqavilə-hüquq çərçivəsinin sistemləşdirilməsinə və onların beynəlxalq hüquq sistemindəki yerinin aydınlaşdırılmasına töhfə verməyi hədəfləyir.
Müəllif :
Nicat Cəfərov
Nəşr tarixi : 2025