Mәqalәdә idman fәaliyyәti haqqında müqavilәlәrin beynәlxalq vә milli hüquqda tәnzimlәnmәsi barәdә mәsәlә tәdqiq olunur. Qeyd edilir ki, tәdqiqatın mәqsәdi idman sahәsindә beynәlxalq normaların vә digәr beynәlxalq mexanizmlәrin, onlarla qarşılıqlı şәkildә isә Azәrbaycan Respublikası qanunvericiliyinin әsas xüsusiyyәtlәrinin nәzәri, hüquqi vә praktiki baxımdan araşdırmaqdan ibarәtdir. Hәmçinin idman sferasında beynәlxalq mexanizmlәrin Azәrbaycan Respublikasının milli qanunvericiliyinә implementasiyası ilә bağlı problemlәr nәzәrdәn keçirilir. Eyni zamanda, universal beynәlxalq mexanizmlәrin idman sahәsindә әmәkdaşlığın nizamlanmasında oynadığı rol vә onun hüquqi aspektlәrinә xüsusi diqqәt yetirilir.
Müəllif :
Turan Mәmmәdzadә
Nəşr tarixi : 2024
Tәdqiqat işindә beynәlxalq hüquq subyektlәrinin turizm münasibәtlәrindә iştirakının hüquqi tәnzimlәnmәsi mәsәlәsi nәzәrdәn keçirilir. Qeyd edilir ki, beynәlxalq turizm iştirakçılarının hüquqlarını sәmәrәli şәkildә tәnzimlәmәk üçün müxtәlif aspektlәri, o cümlәdәn istehlakçıların hüquqlarının müdafiәsi, mәdәni irsin qorunması, turizm regionlarının tәhlükәsizliyinin vә davamlı inkişafının tәmin edilmәsini nәzәrә almaq lazımdır. Beynәlxalq turizmin inkişaf dinamikasının davamlı monitorinqi vә tәhlili, hәmçinin pandemiya vә ya ekoloji fәlakәtlәr kimi yeni çağırış vә tәhdidlәrә vaxtında reaksiya verilmәsi dә bu sahәdә iştirakçıların hüquqlarının tәnzimlәnmәsinin mühüm aspektlәrindәndir.
Müəllif :
Soltan İsgәndәrli
Nəşr tarixi : 2024
Mәqalәdә Azәrbaycan Respublikasında hüquq-mühafizә orqanı kimi Dövlәt Gömrük Komitәsinin fәaliyyәti nәzәrdәn keçirilir. Adı çәkilәn dövlәt qurumunun funksiyaları, hüquq vә vәzifәlәri, elәcә dә onun qanunvericilik әsasları barәdә mәsәlәlәrә xüsusi diqqәt yetirilir. Qeyd edilir ki, gömrük orqanları öz funksiyalarının yerinә yetirilmәsi mәqsәdi ilә hüquq mühafizә orqanları daxil olmaqla, digәr dövlәt orqanları, hüquqi vә fiziki şәxslәrlә qarşılıqlı әlaqәdә fәaliyyәt göstәrirlәr.
Müəllif :
Nәzrin Kәrimli
Nəşr tarixi : 2024
The article scrutinizes international protection procedures for refugees and asylum seekers within the European Union. That is why the main goal of the article is the study of procedures for protecting refugees and those in need of asylum within international norms, which is one of the current issues.
Müəllif :
Kanim Mirsultanova
Nəşr tarixi : 2024
Mәqalәdә müәlliflәr tәrәfindәn müasir dövrdә әtraf mühitin ekoloji problemlәrin tәnzimlәnmәsinin hüquqi aspektlәri nәzәrdәn keçirilir. Qeyd edilir ki, әtraf mühitin vә ekologiyanın, elәcә dә tәbii sәrvәtlәrin qorunması mühüm dövlәt vә ümumxalq әhәmiyyәti olan bir mәsәlәdir. Bәşәriyyәtdә insan hәyatı, cәmiyyәtin inkişafı tәbiәtlә, әtraf mühitlә sıx bağlı olduğuna görә, insanların vә gәlәcәk nәsillәrin sağlam mühitdә yaşaması әtraf mühitin vә tәbii sәrvәtlәrin sәmәrәli mühafizә edilmәsi amili ilә şәrtlәnir. Bu kontekstdә ekoloji-hüquq münasibәtlәrinin tәnzimlәnmәsi xüsusi aktuallıq kәsb edir.
Müəllif :
Etibar Əliyev, Leyla Mirzәyeva
Nəşr tarixi : 2024
Mәqalәdә vergi hüququna doktrinal anlayış verilir. Vergi hüququnun nizamasalma predmeti, subyektlәri, mәnbәlәri vә prinsiplәri nәzәrdәn keçirilir. Eyni zamanda, vergi hüququnun sistemi vә hüquq mәkanında onun mövqeyi barәdә mәsәlә elmi kontekstdә araşdırılır. Qeyd edilir ki, Azәrbaycan Respublikasının milli hüquq sistemindә vergi hüququ iqtisadi hüququn yarımsahәsi statusuna malikdir.
Müəllif :
Araz Kәrimov
Nəşr tarixi : 2024
Mәqalәdә vergi hüququna doktrinal anlayış verilir. Vergi hüququnun nizamasalma predmeti, subyektlәri, mәnbәlәri vә prinsiplәri nәzәrdәn keçirilir. Eyni zamanda, vergi hüququnun sistemi vә hüquq mәkanında onun mövqeyi barәdә mәsәlә elmi kontekstdә araşdırılır. Qeyd edilir ki, Azәrbaycan Respublikasının milli hüquq sistemindә vergi hüququ iqtisadi hüququn yarımsahәsi statusuna malikdir.
Müəllif :
Araz Kәrimov
Nəşr tarixi : 2024
Azәrbaycan Respublikasının Prezidenti İlham Əliyevin rәhbәrliyi ilә ölkәmizdә hәyata keçirilәn genişmiqyaslı hüquqi islahatlar çәrçivәsindә mәhkәmәlәrin fәaliyyәtinin tәkmillәşdirilmәsi, cәzaların icrası işinin sәmәrәliliyinin artırılması, mәhkumların saxlanma şәraitinin yaxşılaşdırılması daim diqqәt mәrkәzindә olub.
Müəllif :
Akşin Ziyadov
Nəşr tarixi : 2022
Mәqalәdә qәdim vә orta әsrlәrdә hüquq elminin formalaşması vә inkişaf tarixi öyrәnilmişdir. Hüquq elminin tәşәkkülündә mühüm rola malik olan qanunvericilik külliyyatları, ali hakimiyyәt orqanlarının hüquqi aktları, hәmçinin görkәmli mütәfәkkirlәrin cәmiyyәt, dövlәt vә hüquq haqqında ideya vә düşüncәlәri zәngin elmi-nәzәri mәnbә kimi tәdqiqata cәlb edilmişdir. Qeyd etmәk lazımdır ki, tәkcә yazılı qanun külliyyatları deyil, hәlә qәdim dövrlәrdәn baş layaraq hakimiyyәt rәmzlәri, hәmçinin dövlәtin qüdrәtini, әdalәtli idarәçiliyi, hökmdarın vә qanunların gücünü simvolizә edәn realstik tәs virlәr vә s. maddi nümunәlәr, mәhz hüququn elminin öyrәnilmәsindә unikal elmi mәnbә rolunda çıxış edirlәr. Qanunvericlik aktlarınınhüquqi tәbiәti vә mahiyyәti isә, hüquq elminin nәzәri mәsәlәlәrinin öyrәnilmәsindә әhәmiyyәtli rola malikdir.
Müəllif :
Rahib Əkbәrov
Nəşr tarixi : 2022
Ölkәmizdә qadınların hüquq vә azadlıqlarının müdafiәsinin güclәndirilmәsi sahәsindә mәqsәdyönlü vә sistemli şәkildә hәyata keçirilәn tәdbirlәr müstәsna әhәmiyyәt kәsb edir. Bu baxımdan, qadın hüquqlarını xarakterizә edәn xüsusiyyәtlәrin öyrәnilmәsi aktualdır. Bu sәbәbdәn dә bu gün qadınla kişi arasındakı fәrqlәrin genetik, bioloji, fizioloji vә hüquqi kontekstdә öyrәnilmәsi, qadınlara mәxsus hüquqlar kompleksinin dәqiq müәyyәnlәşdirilmәsi böyük әhәmiyyәt kәsb edir.Mәqalәdә әn son elmi metod vә metodologiyaların tәtbiqi ilә qadınlara insan kateqoriyası kimi yeni konsepsiyası verilmişdir vә onların sosial rolu göstәrilmişdir. Bu sәbәbdәn qadın cinsinin fәrdiliyinә, qadınların hüquq vә azadlıqlarına dair beynәlxalq standartların müәyyәn edilmәsi, habelә dövlәtin daxili hüquq sistemindә tәsbit edilmәsi son dәrәcә vacibdir. Mәqalәdә qadınları kompleks şәkildә sәciyyәlәndirәn xüsusiyyәtlәr araşdırılmış vә bu mәsәlәyә baxılması üçün yeni üsullar tәtbiq edilmiş, qadın cinayәtlәrinin statistikası verilmişdir
Müəllif :
Sәidә Hәsәnzadә
Nəşr tarixi : 2022