12 dekabr - Heydər Əliyevin anım günüdür

12 dekabr – Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anım günüdür.
Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması, öz arxalarınca apara bilmək qabiliyyəti və s. kimi siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir. XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir.
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrdə də davam edən şanlı tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz bütün bu illərdə Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin mürəkkəb sınaqlarından uğurla çıxarmış, güclü, öz sözü olan demokratik, dünyəvi müasir Azərbaycan dövlətini yaratmışdır.
Ulu öndər Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Bugünkü müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin əsəridir və ölkəmizin qüdrətli dövlətə çevrilməsi üçün ölkədə yalnız Heydər Əliyevin siyasətinin davam etdirilməsi həyati zərurətdir.
Qədirbilən xalqımız vətənini və xalqını canından artıq sevən müdrik Heydər Əliyev şəxsiyyətini, onun işıqlı xatirəsini daim əziz tutur, ulu öndəri qəlbində yaşadır və onu böyük hörmətlə yad edir; bu tükənməz hörmət və sevgi əbədiyyətə qədər davam edəcəkdir!




Dərc olunub : 2022-12-12 21:33:00
Oxunma sayı : 418